Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 3 milyon kvadrat metrə yaxın ərazini əhatə edən dünyanın ən böyük IV dərəcəli (Tier IV) hökumət data mərkəzinin təməli qoyulub.
“İki sahil” xəbər verir ki, ümumi gücü 480 meqavat olan “Hexagon” məlumat mərkəzi ən yüksək səviyyəli təhlükəsizlik və əməliyyat mübadiləsini təmin edən beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.
Mərkəz elektron xidmətlərə etibar artdıqca dövlət qurumlarının tələblərini ödəyəcək. O, Qlobal Rəqəmsal İnfrastruktur Təşkilatına (“Uptime İnstitute”) görə, data mərkəzləri üzrə ən yüksək reytinqə malikdir.
Yəmən prezidentinin müşaviri Cənubi Keçid Şurasının hərəkətlərini intihar adlandırıb
Almaniya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını vacib hesab edir