02 yanvar 2026 21:49
92

Sumqayıtda ahıl kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.