25 noyabr 2016 17:39
626

Dubayda dünyada ən böyük təyyarə şəklində installyasiya yaradılıb

Dubayda çiçəklərdən hazırlanmış “Emirates A 380” təyyarəsi şəklində, dünyada ən böyük installyasiya yaradılıb. Əmirliyin KİV-lərində yayılmış məlumata görə, installyasiyanın ölçüləri həqiqi təyyarənin ölçüləri kimidir: onun uzunluğu 73 metr, hündürlüyü 24 metrdir.

İnstallyasiyanın hazırlanmasında 500.000-dən çox çiçək və başqa bitkilərdən istifadə edilib. Çəkisi 100 ton olan bu konstruksiya çiçəklənməyə başlayanda installyasiyada 5 milyondan çox gül açılacaq. Bu layihə üzərində 180 gün ərzində 200 nəfər çalışıb.

Yeni incəsənət əsəri “Dubai Miracle Garden” parkında yerləşdirilib. Artıq noyabrın 27-də bu parka gələn hər kəs nəhəng “gül” təyyarəyə tamaşa edə biləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi