03 yanvar 2026 15:42
192

ABŞ-ın Venesuelaya hücumu nəticəsində zərər çəkənlərlə bağlı məlumat toplanır

ABŞ-ın Venesuelaya hücümu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplanır.

“İki sahil” CNN-ə istinadən xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes deyib.

O, ABŞ-ın hava hücumunun ölkə üzrə şəhər infrastrukturuna ciddi təsir göstərdiyini bildirib.

Nazirin sözlərinə görə, ABŞ hərbi helikopterlərindən Karakasdakı "Fort Tiuna" hərbi obyektinə raketlər buraxılıb.

Lopes qeyd edib ki, hazırda hökumət ABŞ-ın hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplayır. Nazir "Venesuelanın xarici qoşunların öz ərazisindəki mövcudluğuna müqavimət göstərəcəyini" bildirib.

"Bu müdaxilə ölkənin üzləşdiyi ən böyük özbaşınalıqdır", - nazir əlavə edib.