"Venesuela Prezidenti Nikolas Maduro öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək".
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau öz "X" hesabında yazıb.
"Venesuela üçün yeni dövr. Tiran getdi", - deyə o, paylaşımda qeyd edib.
Həmçinin ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Maduronun həbsindən sonra ABŞ-nin Venesuelada əlavə tədbirlər görəcəyini gözləmir.
Rubionun sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat Maduronun saxlanılması məqsədilə aparılıb.
Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasının fotosunu təqdim edirik:
