03 yanvar 2026 19:53
462

Robert Fitso ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatı pisləyib

Slovakiyanın Baş naziri Robert Fitso ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyatı pislədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyat "İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının dağılmasının növbəti sübutudur".

"Kiçik bir ölkənin baş naziri kimi mən beynəlxalq hüququn bu cür pozulmasını qətiyyətlə pisləməliyəm", - R.Fitso əlavə edib.