Nikolas Maduro Venesuelanın yeganə qanuni prezidenti hesab olunur.
“İki sahil” xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes açıqlayıb.
O bildirib ki, ABŞ dərhal Maduro və onun həyat yoldaşını azad etməlidir.
Rodriqes vurğulayıb ki, Venesuela rəhbərliyi ölkənin təbii sərvətlərini qoruyacaq, çünki onlar xalqın mülkiyyətidir, və əlavə edib ki, Venesuela heç kimin müstəmləkəsi olmayacaq.
Dominikanda güclü yağışlar səbəbindən 30 min nəfər təxliyə edilib, üç nəfər həlak olub
Zelenski: Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək