04 yanvar 2026 20:53
179

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində minik avtomobilinin yoldan çıxması nəticəsində qəza baş verib.

Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb.

Hadisə yerinə Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır.

AZƏRTAC