Rusiya ilə Çin arasındakı sərhəd-keçid məntəqəsində gecikmələr sərnişin axınının kəskin artması ilə bağlı texniki səbəblərdən yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Harbindəki Baş Konsulluğu məlumat yayıb.
Baş konsulluğun açıqlamasında bildirilir ki, Mancuriya hakimiyyət nümayəndələrinin verdiyi məlumata görə, problem məhz sərnişin axınının qəfil çoxalması ilə əlaqədar texniki çətinliklərdən qaynaqlanıb. Yanvarın 4-də keçid məntəqəsindən Çinə giriş istiqamətində 3178, ölkədən çıxış istiqamətində isə 2716 sərnişin keçib.
Qurum həmçinin qeyd edib ki, hazırda “Mancuriya” sərhəd-keçid məntəqəsi normal rejimdə fəaliyyət göstərir.
Daha əvvəl Baza nəşri bir neçə avtobusla Çinə gedən rusiyalı turistlərin sərhəddə qaldığını xəbər vermişdi.
ABŞ artıq Qrenlandiya məsələsini həll edib və Kanada barədə düşünür - Kirill Dmitriyev
Hindistanın ən böyük neft emalı şirkəti Rusiya nefti ilə bağlı İDDİALARI TƏKZİB ETDİ