05 yanvar 2026 12:24
159

Bu ərazidə QAZ KƏSİLƏCƏK - DİQQƏT

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

“İki sahil” xəbər verir ki,  "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.

Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.