05 yanvar 2026 14:50
125

282 təhsil qrantının maliyyə təminatı üçün...

Bu il Azərbaycanda 11 min nəfərə qədərə təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsinə 30,7 milyon manat vəsait ayrılacaq.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Bundan başqa, məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə 2026-cı ildə daha 100 təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3,7 milyon manat vəsait nəzərdə tutulub.