05 yanvar 2026 15:13
156

Paris məhkəməsindən Brijit Makronu hədəfə alanlarla bağlı QƏRAR

Paris məhkəməsi Fransanın birinci ledisi Brijit Makronu hədəf alan internet təqibinə görə 10 nəfəri günahkar tanıyıb.

“İki sahil” xəbər verir ki, bu barədə Le Monde qəzeti məlumat yayıb.

Məhkumlar müxtəlif cəzalar alıblar: kibertəqibin zərərləri barədə kurslarda iştirak etməkdən tutmuş 8 aylıq şərti həbs cəzasına qədər.

Günahkarlar arasında 8 kişi və 2 qadın var, yaşları 41–65 arasında dəyişir. Məhkəmə onların xüsusilə alçaldıcı, təhqiredici və qərəzli şərhlər yazdıqlarını vurğulayıb. Şərhlər Brijit Makronun guya transgender olduğu iddiaları ilə bağlıdır. 

Bundan əlavə, məhkəmə iştirakçılarını birinci ledinin pedofiliya ilə əlaqəsi olduğu iddialarını yaymaqda da günahkar bilib. Bu iddialar onun 48 yaşlı ərindən 24 yaş böyük olmasına əsaslanır.

Brijit Makronun kiçik qızı Tifen Ozye məhkəmədə bildirib ki, əsassız iddialar anasının sağlamlığına ciddi zərər vurub. O deyib: "Anam daim nə geyindiyinə, necə davrandığına diqqət yetirməli olur, çünki bilir ki, onun obrazı yanlış təqdim edilə bilər".

Ozye əlavə edib ki, bu vəziyyət bütöv ailəyə, o cümlədən Brijit Makronun nəvələrinə də təsir edib.

Bu məhkəmə internetdə təqib və böhtana qarşı hüquqi tədbirlər baxımından Fransa üçün önəmli hadisə sayılır.