Azərbaycanda bayram günlərində 6 yol-nəqliyyat hadisəsi baş verib, 8 nəfər ölüb, 6-sı xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilin təhvil olduğu və sonrakı üç gün ərzində ölüm faktı qeydə alınan 6 avtoqəza baş verib:
"Həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub. Belə ki, Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb".
Bundan başqa, Bakının Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması hadisələri də qeydə alınıb. Nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.