Almaniya kansleri Fridrix Merts yanvarın 6-da Parisdə keçiriləcək “istəkli ölkələr koalisiyası”nın görüşündə iştirak edəcək.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Sebastyan Hille bildirib.
Onun sözlərinə görə, kansler Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə “istəkli ölkələr koalisiyası” adlanan görüşdə iştirak edəcək.
Hille əlavə edib ki, danışıqlarda bir sıra Avropa ölkələrinin, Avropa İttifaqının, ABŞ-ın, Ukraynanın və NATO-nun nümayəndələri ya birbaşa, ya da onlayn formatda iştirak edəcəklər.
Daha əvvəl Die Welt qəzeti yazmışdı ki, Aİ ölkələri Ukraynaya 15 minədək hərbçi göndərməyi planlaşdırır.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp