Türk Hava Yolları (THY) daxili tək yön uçuşlarda 1049 liradan başlayan sərfəli biletləri satışa çıxarıb.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə THY-nin sosial media hesablarında məlumat paylaşılıb.

Bildirilir ki, bu kampaniya bu gün və sabah alınacaq biletlər üçün keçərlidir.
Uçuş tarixi 3 fevral – 16 mart arasında olmalıdır. Kampaniya 101 605 oturacaqla məhdudlaşdırılıb.
Sərfəli biletlər THY-nin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp