İsveçrə Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin aktivlərini dondurmağa qərar verib.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.
"2026-cı il yanvarın 5-də Federal Şura İsveçrədə Nikolas Maduroya və digər əlaqədar şəxslərə məxsus bütün aktivləri dərhal dondurmaq qərarına gəlib. Federal Şuranın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır", - bəyanatda qeyd olunub.
Daha əvvəl ABŞ Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı narkoterrorizmlə bağlı ittiham irəli sürüb. Daha sonra Ağ Evin mətbuat xidməti Maduronun saxlanıldığı və Nyu-Yorka gətirildiyi barədə məlumat yayıb.
Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər - Tramp