Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan xalqına Yeni il təbrikində də "Bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır", - dediyini söyləyib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Bayden-Blinken administrasiyasının nə qədər naşükür olduğunu da xatırladıb:
"O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin"
Prezident İlham Əliyev bildirib ki, hazırda da ABŞ-də hakimiyyətdə həmin administrasiya olsaydı, onların bir xahişi də yerinə yetirilməyəcəkdi.
Müsahibənin tam versiyası yaxın saatlarda yerli televiziya kanallarında yayımlanacaq.
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Vüqar Rəhimzadə: Avropa Parlamenti Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilib