05 yanvar 2026 19:52
189

Netanyahu ABŞ-nin Venesueladakı fəaliyyətlərini tam şəkildə dəstəklədiyini bəyan edib

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, Venesuelada ABŞ-ın fəaliyyətlərini tam şəkildə dəstəkləyir.

“İki sahil” "Ynet"ə istinadla xəbər verir ki, o, bunu Knessetdə çıxışı zamanı bildirib.

"İsrail Venesuelada ABŞ-nin fəaliyyətlərini dəstəkləyir. Bu, zorakılığı dəstəkləyən ölkələrin hərəkatına qarşı azadlıq və tərəqqini dəstəkləyən ölkələrin hərəkatıdır", – deyə o vurğulayıb.

Netanyahu həmçinin qeyd edib ki, bir çox mühüm məsələlərdə onun mövqeləri Trampın mövqeləri ilə üst-üstə düşür, "lakin, ailələrdə olduğu kimi, zaman-zaman yanaşmalarda fikir ayrılıqları yaranır". Onun sözlərinə görə, bu fikir ayrılıqları böyük deyil və tərəfdaşlıq yolu ilə həll olunur.