05 yanvar 2026 22:22
171

Venesuelada səfərbərlik və hərbi rejim elan edilib

Venesuela hakimiyyəti orduda səfərbərlik elan edib, həmçinin neft sənayesi işçiləri və digər müəssisələr üçün hərbi rejim tətbiq olunub.

“İki sahil” xəbər verir ki, bu barədə hüquqi aktlar portalında dərc olunan fərmanda qeyd edilib.

"Ölkənin bütün ərazisi boyunca silahlı qüvvələrin səfərbərliyi və xarici təcavüzün dəf edilməsi üçün mövcud milli güc potensialının istifadəsi həyata keçirilir. Dövlət infrastrukturu, neft sənayesi və digər əsas dövlət istehsalatları müdafiə olunacaq. Belə müəssisələrin heyəti müvəqqəti olaraq hərbi rejim altında olacaq", - sənəddə deyilir.

Fərmanla ölkənin quru, hava və dəniz sərhədlərində patrul, mühafizənin gücləndirilməsini təyin edilir. O, dərc olunduğu andan etibarən 90 gün qüvvədədir. Sənəd 3 yanvar tarixlidir, onun altında Prezident Nikolas Maduro, vitse-prezident və hökumət üzvlərinin imzası var.

Qeyd edək ki, ABŞ xüsusi əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi həbs edib. Onlar bu gün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Venesuelanın müvəqqəti hökuməti isə Maduro və həyat yoldaşının ölkəyə qaytarılmasını tələb edir.