Niderlandda qar və buzlaşma sərnişin qatarlarının hərəkətində problemlər yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə NOS yayım şirkəti məlumat verib.
Qatarlar reyslərinin ləğv edilməsinə səbəb çoxsaylı nasazlıqlar və IT sistemindəki xəta olub. Digər nəqliyyat şirkətlərinin qatarları isə işləməyə davam edir.
Niderlandda həmçinin hava nəqliyyatının işində də gecikmələr davam edir. Amsterdamın yaxınlığında yerləşən "Sxiphol" beynəlxalq hava limanında KLM aviasiya şirkəti çərşənbə axşamı ən azı 300 reysi ləğv edib, çünki əlverişsiz hava şəraiti beşinci gündür Avropanın əsas tranzit mərkəzlərindən birində nəqliyyat hərəkətini iflic edib.
Daha əvvəl "Sxiphol"un pis hava şəraiti səbəbindən ən azı 450 reysi ləğv etdiyi barədə məlumat verilmişdi.