06 yanvar 2026 17:34
320

Aİ ABŞ-ın razılığı ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsinə Rusiyanı cəlb etmək istəyir - "Bloomberg"

Ukraynanın müttəfiqləri Kiyev üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsində ABŞ-la bu mövzuda razılıq əldə edildikdən sonra Rusiya tərəfinin iştirakında israr edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin öz mənbəyinə istinadla məlumat yayıb.

Qeyd edilri ki, Ukraynanın müttəfiqləri təhlükəsizlik məsələləri üzrə ABŞ-la razılıq əldə olunduqdan sonra Rusiyanın iştirakını tələb edəcəklər.

Avropa rəsmilərinin bildirdiyinə görə, ABŞ-dan olan həmkarları ilə son danışıqlar müsbət keçib.