06 yanvar 2026 23:23
219

Bu məşğuliyyət ilə zehni sağlamlığınızı qoruyun

Mütəxəssislərin fikrincə, tikiş və naxış kimi əl işləri ilə məşğul olmaq zehni sağlamlığı gücləndirir. Araşdırmalar göstərir ki, ritmik əl hərəkətləri ürək döyüntüsünü yavaşladaraq rahatladıcı təsir göstərir.

Nevroloqların fikirlərini də əhatə edən tədqiqatlar göstərib ki, diqqət tələb edən bu hobbilər qocalıqda beyni qoruyur və gücləndirir. Mütəxəssislər bildiriblər ki, gündə orta hesabla 20 dəqiqəlik tikiş fasiləsi yorğunluğu aradan qaldırır və bu məşğuliyyət eyni zamanda, emosiyaların idarə olunmasında bir vasitə kimi istifadə edilə bilər. Bundan əlavə, tikiş məşğuliyyəti travma sonrası terapiyalarda və diqqət çatışmazlığının idarə olunmasında fiziki və zehni sağlamlığı qoruyur.

Şahnigar Əhmədova, “İki sahil”