Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Paris danışıqları çərçivəsində artıq konkret nəticələrə nail olunduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, öz teleqram kanalında yazıb.
"Dövlətimiz üçün davamlı sülh və etibarlı təhlükəsizlik zəmanətləri əldə etmək məqsədilə Parisdə vacib danışıqları davam etdiririk. Bütün məlumatlar ictimailəşdirilə bilməz, lakin konkret nəticələr artıq var, iş davam edir", - o qeyd edib.
K.Budanov bildirib ki, Ukrayna milli maraqların müdafiəsi prinsipinə sadiq qalmaqda davam edəcək.
Qeyd edək ki, Parisdə "İstəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisində beynəlxalq qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi, eləcə də Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında bəyannamə imzalayıblar.