Serbiyanın hərbi neytrallığı ölkənin daimi və dəyişməz siyasi seçimi olaraq qalır.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın sabiq baş nazir müavini, keçmiş müdafiə naziri Aleksandar Vulin TASS agentliyinə verdiyi müsahibədə bildirib.

Vulin xatırladıb ki, Serbiyanın Milli Müdafiə Strategiyasında ölkənin hərbi neytral dövlət olduğu açıq şəkildə qeyd olunub. Onun sözlərinə görə, bu status Serbiyanın təhlükəsizlik və xarici siyasətinin əsas sütunlarından biridir.
“Buna görə də hərbi neytrallıq Serbiyanın daimi siyasi seçimidir. Bunun dəyişməsi üçün çox şeyin dəyişməsi lazımdır”, - deyə Vulin vurğulayıb.