Rusiya müharibənin 1414-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 035 PUA-sı, 644 zenit-raket kompleksi, 26 976 tank və digər zirehli texnikası, 1 637 reaktiv yaylım atəş sistemi, 32 435 artilleriya və minaatanı, 51 068 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.