Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub