"AzərEnerji" ASC və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının enerjisistemə qoşulması barədə fikir mübadiləsi aparılıb.
“İki sahil” "AzərEnerji"yə istinadla xəbər verir ki, fikir mübadiləsi səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və "ACWA Power"in İdarə Heyətinin sədri Mohammad Abunayyan arasında keçirilən görüşdə baş tutub.
Bildirilib ki, görüş zamanı iki şirkət arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.
Bərpa olunan enerji mənbələrinin inkişafı, həmin güclərin enerjisistemə təhlükəsiz inteqrasiyası, enerjinin idarə edilməsi, batareya saxlanc sistemləri də daxil olmaqla yeni texnologiyaların tətbiqi görüş zamanı geniş müzakirə olunub.