ABŞ saxlanılan "Marinera" adlı gəmidə olan rusiyalıların tezliklə vətənə qayıtmasına mane olmamalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.
"Ekipaj üzvləri arasında Rusiya vətəndaşlarının olması ilə bağlı məlumatları nəzərə alaraq, ABŞ tərəfinin onlara humanist və ləyaqətli münasibət göstərməsini, hüquq və maraqlarına riayət etməsini, həmçinin tezliklə Vətənə qayıtmalarına mane olmamasını tələb edirik", - qurumdan bildirilib.
Qeyd olunur ki, rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən "Marinera" gəmisini ələ keçirməsi ilə bağlı məlumatları diqqətlə izləyir.
Xatırladaq ki, yanvarın 4-də ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalında çıxışı zamanı ölkəsinin Venesuela nefti daşıyan neft tankerini saxlamaları və narkotik daşınmasında istifadə olunan katerlərə zərbələr endirməyə davam edəcəklərini bildirib.