Nə Danimarka, nə də Avropa Qrenlandiyanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil.
“İki sahil” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Avropa və Danimarka Qrenlandiyanın təhlükəsizliyini təmin etmək, həmçinin onun qlobal təhlükəsizliyin və raketdən müdafiə sisteminin sütunu olması üçün lazım olan hər şeyi edibmi?” - deyə siyasətçi ritorik sual verib.
Cey Di Vensin sözlərinə görə, ada ABŞ-ın milli təhlükəsizliyi və raketdən müdafiə sisteminin fəaliyyəti üçün çox vacibdir.
Bir müddət öncə ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Qrenlandiyanı ələ keçirməyi qarşısına məqsəd qoyduğunu etiraf edib. Ağ Ev hərbi müdaxiləyə deyil, dünyanın ən böyük adasını satın almağa üstünlük verir.