08 yanvar 2026 15:28
151

Kolumbiyada ABŞ əleyhinə mitinqlər keçirilib

Kolumbiyanın bir neçə şəhərində ABŞ-ın regiondakı siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları baş tutub. Yerli sakinlər ABŞ rəhbərliyinin Kolumbiyaya münasibətdə səsləndirdiyi bəyanatlara etiraz edərək küçələrə çıxıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

Etirazçılar aksiyalara fayerlər, musiqi alətləri və müxtəlif şüarlarla qatılıblar.

Məlumata görə, mitinqlər Kolumbiya prezidenti Qustavo Petronun xalqa müraciətindən sonra başlayıb. Prezident çıxışında ABŞ prezidenti Donald Trampın açıqlamaları fonunda ölkənin suverenliyinin qorunmasının vacibliyini vurğulayıb və vətəndaşları milli maraqları müdafiə etməyə çağırıb.