08 yanvar 2026 18:56
219

Dubaydan Moskvaya uçan təyyarə fəlakət siqnalı verib - YENİLƏNİB

Rusiyanın "Utair" aviaşirkətinin Dubay - Moskva marşrutu üzrə uçan təyyarəsi yerli vaxtla saat 18:37-də uğurla eniş edib.

“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkət öz teleqram kanalında bildirib.

"Sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır", - məlumatda qeyd olunub.

***

Rusiyanın "Utair" aviaşirkətinə məxsus olan və Dubaydan Moskvaya uçan təyyarə fəlakət siqnalı verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"Təyyarə artıq 1,5 saatdır BƏƏ paytaxtının səmasında dövrə vurur. Bu barədə "Flightradar" xidmətinin məlumatlarından bəlli olur", - məlumatda deyilir.

Nəşrlər xidmətin məlumatlarına istinad edərək bildirir ki, Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə təyyarə Dubay ətrafında səmadadır.