Amerikalı jurnalist Seymur Herş bildirib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatın məqsədi yalnız ölkə prezidenti Nikolas Maduronun devrilməsi olmayıb. Onun sözlərinə görə, əsas hədəflərdən biri Venesuelanın ucuz neftinin Çinə tədarükünün qarşısını almaq olub.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Herşin məqaləsində qeyd olunur ki, ABŞ üçün növbəti hədəf İran ola bilər. Jurnalistin iddiasına əsasən, İran Çinin əsas neft tədarükçülərindən biridir və dünyada neft ehtiyatlarına görə dördüncü yerdə qərarlaşıb.
Məqalədə, həmçinin vurğulanır ki, İran artıq ciddi daxili təzyiqlərlə üzləşir. Bundan əlavə, ötən ilin iyun ayında ABŞ və İsrail tərəfindən endirilən zərbələr təkcə nüvə obyektlərinə deyil, eyni zamanda hava hücumundan müdafiə sistemlərinin əsas elementlərinə və hökumət infrastrukturlarına yönəlib.