Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib.
"2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb, 4 103 ton (taxıl - red.) yoldadır, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları var ki, bunun 6 100 tonu benzin, 1 500 tonu dizel yanacağıdır", - nazir yazıb.