09 yanvar 2026 15:47
141

Türkiyədə fırtına səbəbindən beş nəfər ölüb

Son iki gündə Türkiyədə baş verən fırtına səbəbindən beş nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət İstanbul, Bursa, Aksaray, Aydın, Karaman və Dənizli vilayətlərində ciddi fəsadlara səbəb olub.