09 yanvar 2026 15:54
156

Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib

Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.