Böyük Britaniyada Yaşıllar partiyası Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyasının qarşısını almaq üçün Leyboristlərlə mümkün seçki əməkdaşlığını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, lakin Yaşıllar partiyasının lideri Zak Polanski bu ehtimalın yalnız Leyboristlərə Kir Starmerin rəhbərlik etmədiyi halda mümkün ola biləcəyini vurğulayıb.
Rəy sorğularında Yaşıllar partiyasının sürətlə yüksəlməsi fonunda, may ayında keçiriləcək yerli seçkilərdə Leyboristlər partiyası ilə Reform UK-ə qarşı birgə çıxış etmə ehtimalı geniş müzakirə olunur. Lakin Z.Polanski bildirib ki, hazırda əsas məqsədi Leyboristlərlə əməkdaşlıq etmək deyil, onları əvəzləməkdir. O qeyd edib ki, əgər Leyboristlər partiyasına keçmiş Baş nazir müavini Ancela Reyner rəhbərlik etsəydi, mümkün ittifaqı nəzərdən keçirə bilərdi. Bununla belə, o, hazırkı şəraitdə belə bir razılaşmanın mümkünsüz olduğunu bildirib.