Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumatların dünyada yayılmasında mühüm rol oynayan “İRS” beynəlxalq jurnalının fransız dilində növbəti nömrəsi nəşr olunub.
“İki sahil” xəbər verir ki, jurnalın bu nömrəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Faşizm üzərində qələbədə azərbaycanlıların böyük rolu” adlı məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya müharibəsində qazanılmış qələbədə xalqımızın, xüsusilə də Fransa Müqavimət Hərəkatında vuruşmuş azərbaycanlıların böyük töhfəsi və rolundan bəhs olunur.
Jurnalda, həmçinin Azərbaycanın musiqi tarixinə, bəstəkar qadınlarımıza, ölkəmizin XVIII –XIX əsrlərdəki milli memarlıq şedevrlərinə, dünyanın səkkizinci möcüzəsi sayılan Neft Daşları platformasına, ölkəmizin neft tarixinə həsr edilmiş məqalələr dərc olunub.
Jurnalda Şəki Xan sarayı və ölkəmizin turistik imkanlarından bəhs edən məqalələr də yer alıb.