Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ABŞ nümayəndələri ilə Danimarkanın iştirakı olmadan görüş keçirilməsi imkanına işarə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Motsfeldt bildirib ki, ada ABŞ tərəfi ilə istənilən danışıqlarda "ön cərgədə" olmalıdır, çünki onlar bir-birinə ehtiyac duyurlar.
Bu arada, "Reuters"in məlumatlı mənbələri xəbər veriblər ki, Vaşinqtonda adanın sakinlərinə ödənişlərin edilməsi müzakirə olunur. Məqsəd onların Danimarkadan ayrılaraq ABŞ-nin tərkibinə qatılmasına razılıq vermələridir. Dəqiq məbləğ hələ müəyyən edilməyib, lakin bu, 10–100 min dollar aralığında ola bilər.
Bununla yanaşı, "Verian" şirkətinin keçirdiyi sosioloji sorğu göstərib ki, qrenlandiyalıların 85%-i ABŞ-yə qatılmaq istəmir, çünki Danimarkada həyat səviyyəsinin daha yüksək olduğunu düşünürlər.