10 yanvar 2026 20:11
183

Slovakiya və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Slovakiya və ABŞ yanvarın 16-sı nüvə enerjisi sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiya baş naziri Robert Fitso deyib.

"Slovakiya və ABŞ qarşıdan gələn cümə günü nüvə enerjisi sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar", - deyə baş nazir bildirib.

Məlumata əsasən, Bratislava Vaşinqtonun köməyi ilə Slovakiyada fəaliyyət göstərən atom elektrik stansiyaları şəbəkəsini genişləndirməyi planlaşdırır.