11 yanvar 2026 09:00
154

Bu ölkədə 5,1 maqnitudada zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,1 bal maqnitudada zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvate prefekturası yaxınlığında, ocağı 60 kilometr dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilmir.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.