11 yanvar 2026 09:12
148

Qar uçqununa görə üç xizəkçi ölüb

Fransanın cənub-şərqindəki Savoya departamentindəki Val d İser və Areş-Bofor xizək kurortlarında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bir xizəkçi Areş-Boforda xizək sürərkən ölüb, onunla birlikdə olan başqa bir nəfər isə başından ağır xəsarət alıb.

İkinci qar uçqunu Val d İserdə baş verib və iki nəfər 2,5 metrlik qarın altında qalıb. Telekanal qeyd edib ki, xilasedicilər telefonlarını izləyərək xizəkçiləri tapa biliblər. Hər iki turist ağır vəziyyətdə tapılıb və onları xilas etmək mümkün olmayıb.