11 yanvar 2026 12:43
135

Rusiyanın itkiləri açıqlandı - 1418-ci gün

Ukrayna müharibənin 1418-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 218 940 hərbçi, 11 511 ədəd tank, 23 885 ədəd zirehli döyüş maşını, 35 952 ədəd artilleriya sistemi, 1 598 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 269 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 73 644 ədəd avtomobil texnikası, 104 068 ədəd PUA, 4 155 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 039 xüsusi avadanlıq itirib.