11 yanvar 2026 19:20
129

İsrail ordusu "Hizbullah"ın hərbi infrastruktur obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" təşkilatının hərbi infrastruktur obyektlərinə yeni zərbələr endiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.

Qeyd olunub ki, zərbələr hərəkatın hərbi qanadına məxsus silah anbarlarını məhv etməyə yönəlib.

"Zərbələr Cənubi Livanda təşkilata məxsus bir neçə hərbi obyektlərdə silah saxlamaq üçün istifadə olunan şaxtalara endirilib. Son aylarda həmin obyektlərdə "Hizbullah"ın fəaliyyəti qeydə alınıb", – açıqlamada bildirilir.

İsrail tərəfinin mövqeyinə görə, bu obyektlərdəki fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır.

"İsrail Müdafiə Qüvvələri dövlət qarşısında yaranan hər hansı təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək", – deyə İsrail hərbçiləri xəbərdarlıq ediblər.