Dünyanın tanınmış neft şirkətləri Venesuelaya kütləvi sərmayə qoymaqda maraqlı deyil.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətlərin rəhbərləri ABŞ Prezidenti Donald Trampla görüşdə bildiriblər. Görüşdə “ExxonMobil”, “Chevron”, “ConocoPhilips” (ABŞ), “Repsol” (İspaniya) və ENI (İtaliya) şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr bildiriblər ki, onların aktivləri Venesuelada 2 dəfə müsadirə edilib. Bu ölkəyə üçüncü dəfə geri qayıtmaq üçün ciddi dəyişikliklər zəruridir. Hazırkı vəziyyətdə Venesuelaya sərmayə qoymaq mümkün deyil.
Tramp: ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir