12 yanvar 2026 12:41
74

Ötən ildə 54 mindən çox şəxsə əlillik təyin olunub

2025-ci il ərzində Azərbaycanda 54,5 min şəxsə əlillik təyin edilib.

“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Belə ki, onlardan 25,3 min şəxsə ilkin, 29,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.