12 yanvar 2026 12:48
88

Qazaxıstanda vəzifəli şəxs saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti Qərbi Qazaxıstan vilayətinin Dövlət Gəlirləri Departamentinin idarəsinin rəhbərlərindən birini və Astana sakinini saxlayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, həmin şəxslər dövlət sərhədindən malların qanunsuz yolla idxalının qarşısının alınmasından sonra saxlanılıb.

"Bu şəxslər pul mükafatı qarşılığında xarici vətəndaşlara istehlak mallarının ölkəyə maneəsiz gətirilməsində köməklik ediblər. Onların 100 milyon təngədən artıq məbləğdə (təxminən 196 min dollar) rüşvət alması prosessual qaydada sənədləşdirilib", - məlumatda bildirilib.

İlkin qiymətləndirmələrə görə, dövlətə 1,9 milyard təngə (3,7 milyon dollar) ziyan dəyib.