28 noyabr 2016 16:54
316

Bakının dəyişən siması fotolarda

Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda beş tanınmış fotoqrafın “Bakının dəyişən siması” adlı fotosərgisi açılacaq.

Sərginin kuratoru, Əməkdar İncəsənət Xadimi Rafiq Qəmbərov AZƏRTAC-a deyib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

“Sərgidə nümayiş olunacaq 100-dək foto müasir dövrdə paytaxtımızın sürətlə dəyişdiyini, dövlət tərəfindən aparılan quruculuq və abadlıq işlərini, tikilən yeni-yeni dövlət əhəmiyyətli obyektləri əks etdirəcək. Eyni zamanda, təqdim olunan fotolarda şəhərimizin səmadan görünüşü də yer alıb”, - deyə sərginin kuratoru bildirib.

Sərgi üç gün davam edəcək.