12 yanvar 2026 22:09
117

Vladanka Andreeva Kambocaya rezident əlaqələndiricisi təyin edilib

BMT-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsini başa vuran Vladanka Andreeva Baş katibin təyinatı ilə Kambocada təşkilatın rezident əlaqələndiricisi vəzifəsinə təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Sözçünün sözlərinə görə, Şimali Makedoniyadan olan V.Andreeva hökumətin razılığı əsasında Kambocada BMT-nin rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb.

"Andreeva beynəlxalq inkişaf, humanitar koordinasiya və vəkillik sahələrində 25 ildən artıq təcrübəyə malikdir. O, son olaraq Azərbaycanda humanitar əlaqələndirici vəzifəsində çalışıb və biz onu bu təyinat münasibətilə təbrik edirik", - Düjarrik qeyd edib.