Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa dəvət olunub.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, o, bununla bağlı ictimaiyyətə açıqlama verərək öz mövqeyini ifadə edib.
"Mən illərdir narkotiklə mübarizə aparıram"
Kaynarca bildirib ki, istintaq çərçivəsində ifadə verməyə hazırdır və özünü tam arxayın hiss edir. “Alnım açıq, başım dikdir. Mən illərdir narkotiklə mübarizə aparıram və bu istiqamətdə həyata keçirilən bütün qanuni əməliyyatları dəstəkləyirəm”, - deyə aktyor vurğulayıb.
Oktay Kaynarca açıqlamasında əlavə edib ki, məhkəmə-tibbi ekspertizanın nəticələri tam hazır olduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Aktyor uzun illərdir narkotik vasitələrin yayılmasına qarşı mübarizə apardığını və bu sahədə dövlət qurumlarının gördüyü qanuni tədbirlərə daim dəstək verdiyini xüsusi olaraq qeyd edib.
Qeyd edək ki, Kaynarcanın prokurorluğa çağırılması cəmiyyətdə maraq doğurub və məsələ medianın diqqət mərkəzində qalmaqda davam edir.
Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda yanacağın ucuzlaşmasına səbəb olub