Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin təkrarlanmaması üçün ədalətin təmin olunması hələ də əsas vəzifə olaraq qalır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
Nazir qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir.
"Bu kədərli gündə Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hüznlə yad edirik", - XİN başçısı bildirib.
Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
TÜRKPA-da AKP sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib